[b]Fransız klubunda qadın baş məşqçi[/b] - FOTO
07.05.2014 - 23:00
[b]Fransız klubunda qadın baş məşqçi[/b] - FOTO

 

Fransa futbolu tarixində ilk dəfə professional futbol klubuna qadın baş məşqçi təyin edilib. Apasport.az saytının məlumatına görə, Fransa çempionatının II Liqasında çıxış edən “Klermon” klubunu gələn mövsümdən 36 yaşlı portuqaliyalı mütəxəssis Xelena Koşta çalışdıracaq.

 

Saytın rəsmi səhifəsində xəbər təsdiq edilib: “Bu təyinat “Klermon”a yeni dövrə qədəm qoymağa imkan verəcək. Komandamızda 17 futbolçu var və tezliklə onların sırasına daha bir neçə gənc oyunçu qatılacaq”.

 

Xelena Koşta idman karyerasına “Benfika”nın uşaq-gənclər məktəbində başlayıb. “Şeleyrense”» kişi komandasında təcrübə yığandan sonra qadın futboluna keçib və İran millisinin baş məşqçisi olub.