[b]Fransızlar Azərbaycan çempionu ilə oyunun tarixini açıqladılar[/b]
04.02.2015 - 11:40
Avrokubokda mübarizəni CEV kubokunda davam etdirəcək “Rabitə”nin ilk görüşünün tarixi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Çelenc raund”un birinci matçını martın 3-də keçirəcək.
Bakı təmsilçisinin rəqibi olan Fransa “Beziers”i “Rabitə”ni həmin gün qəbul edəcəyini açıqlayıb. “Aqde” İdman Sarayında baş tutacaq qarşılaşma yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 23:00) start götürəcək.
Qeyd edək ki, “Rabitə” cavab görüşünə martın 10-12-si tarixlərinin birində “Sərhadçi” Olimpiya Mərkəzində çıxacaq.
0
0