Sabah Gənclər Liqasında növbəti oyunlara start veriləcək. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqası yolunda qrup mərhələsinin son turunun matçları başlayacaq.
U-19-lar arasında Azərbaycan çempionu “Qarabağ” C qrupunda VI turun görüşünə çıxacaq. Ağdam təmsilçisi İtaliyada “Roma” ilə görüşəcək.
Keçirdiyi 5 matçdan yalnız birində qalib gələn Rəşad Sadıqovun yetirmələri üçün son tur formal xarakter daşıyır. Mərhələ adlamaq şansını itirən ağdamlılar yalnız son pillədən qurtulmaq üçün mübarizə aparacaq. Lakin bu vəzifənin öhdəsindən gəlmək də asan məsələ deyil. Çünki Bakıdakı qarşılaşmada 0:3 hesabı ilə uduzan “Qarabağ” elə nəticə qazanmalıdı ki, şəxsi oyunlarda “Roma”nı arxada qoysun. Bu isə inandırıcı görünmür.
“Çelsi” və “Atletiko” ilk iki yeri təmin etdiyindən “Roma” üçün də görüşün əhəmiyyəti qalmayıb. Apenninlilər yalnız mövqeyini qorumaq üçün çalışacaq.
Gənclər Liqası
Çempionlar Liqası yolu, qrup mərhələsi
C qrupu, VI tur
5 dekabr
17:30. “Roma” (İtaliya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Tihomir Pejin
Baş hakimin köməkçiləri: Qoran Pataki, Maryan Tomas (hamısı Xorvatiya)
Dördüncü hakim: Daniele Martinelli (İtaliya)
Roma. “Tre Fontan” stadionu
|
1 |
Çelsi |
5 |
4 |
0 |
1 |
13-5 |
12 |
|
2 |
Atletiko |
5 |
3 |
0 |
2 |
10-7 |
9 |
|
3 |
Roma |
5 |
2 |
0 |
3 |
8-6 |
6 |
|
4 |
Qarabağ |
5 |
1 |
0 |
4 |
3-16 |
3 |