“İnter” klubunun sabiq prezidenti Georgi Nikolov paytaxt təmsilçisi ilə vidalaşıb. Apasport.az saytının məlumatına görə, 2006-cı ilin avqustundan 10 ilə yaxın müddətdə klubda çalışan bolqarıstanlı futbol funksioneri postunu tərk etməsinə münasibət bildirib.
Komandanın rəsmi saytında daim müəllif yazıları ilə diqqət çəkən Nikolov postunu tərk etməsi ilə bağlı vida məktubu hazırlayıb. O, “Son və başlanğıc” başlıqlı yazıda hamıya təşəkkür etdiyini bildirib: “Alimlər deyir ki, hətta kainatın da sonu olacaq. Hələ futbol klubunun prezidenti mandatını demirəm. On il – həm az, həm çox zamandı. Bu, sizin nə etmək istədiyinizdən asılıdı. “İnter”də isə çox yaxşı iş gördük. Həmin illərdə bizim klubun ideyasını dəstəkləyən və inkişaf etdirənlərin hesabına mümkün oldu. Nəticədə biz klub olduq. Ən vacib də bu idi. Biz də buna doğru can atırdıq. Vidalaşarkən bizim kiçik kainatın uğur qazanmasında əməyi olanların hamısına təşəkkür edirəm. Ürəkdən əllərinizi sıxır, futbol aləmində yeni uğurlu qazanclar arzulayıram”.
Qeyd edək ki, “İnter” Nikolovun rəhbərliyi dövründə iki dəfə Azərbaycan çempionu titulunu qazanıb.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”