[b]Gürcüstanda azərbaycanlı azarkeşlər arasında dava düşdü[/b]
07.08.2014 - 19:55
[b]Gürcüstanda azərbaycanlı azarkeşlər arasında dava düşdü[/b]

Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində “Çixura” və “Neftçi” arasında keçiriləcək matç öncəsi xoşagəlməz hadisə baş verib. Apasport.az saytının məlumatına görə, komandamızı dəstəkləmək üçün qonşu ölkəyə gedən azarkeşlər öz aralarında dava ediblər.

 

Gürcüstana ezam olunmuş müxbirimizin verdiyi məlumata görə, hadisə matç öncəsi stadionun qarşısına toplaşan azarkeşlərimiz arasında baş verib. “Neftçi”ni dəstəkləməyə gələn azarkeşlərdən biri “Qarabağ” klubunun formasında olub. Onun geyimi “Neftçi”nin digər azarkeşlərinin xoşuna gəlməyib və onlar “Qarabağ”ın formasında olan azarkeşdən formanı çıxarmağı tələb ediblər. Nəticədə, azarkeşlər arasında dava düşüb və kütləvi xarakter alıb. Azarkeşləri ancaq işə qarışan gürcü polisi aralaya bilib…