[b]Hafiz Məmmədov nə istəyir? [/b]
02.05.2014 - 10:24
[b]Hafiz Məmmədov nə istəyir? [/b]

“Layihəmiz açıqlanan vaxt Hafiz Məmmədov demişdi ki, 3, 4 və ya 5 ildən sonra Fransa çempionu olmaq istəyir”. Apasport.az saytının məlumatına görə, bunu Fransanın “Lans” klubunun idman direktoru Joselin Blanşar deyib.

 

“Lans”ın Fransa elitasına çıxacağı halda, Kolumbiya yığmasının və “Monako”nun hücumçusu Radamel Falkaonu transfer edəcəyi bildirilir. Bu xəbər hazırda Fransada gündəmdə olan məsələlərdən biridir. Ancaq klub rəsmiləri bu faktı təsdiqləmirlər.

 

Blanşar bildirib ki, Fransa çempionluğu növbəti mövsüm üçün hədəf deyil: “Hətta qarşıdakı 10 il ərzində də bu hədəfi qarşımıza məqsəd kimi qoyacağımızı deyə bilmərəm. Əgər Liqa 1-ə vəsiqə qazansaq, ilk mövsümdə məqsədimiz elitanı tərk etməmək və turnir cədvəlini təxminən X pillədə başa vurmaq olacaq. Həmin mövsüm “Monako” ilə ayaqlaşa və çempion ola bilmərik. Əlbəttə, hədəfimiz mümkün qədər yüksək yerlər olacaq. Ancaq biz transferlərə milyonlar xərcləməyəcəyik”.

 

Qeyd edək ki, “Lans” hazırda Fransanın I dəstəsində 58 xalla II pillədə qərarlaşıb. Çempionatın başa çatmasına 4 tur qalmış Hafiz Məmmədovun sahibi olduğu klub elitaya çıxmağa real namizədlərdəndir.