Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığıncaqda Qızlar yüksək Liqasının oyunlarında baş verənlər də müzakirə olunub.
“Baku City” – “İnter” matçının 27-ci dəqiqəsində qonaqların futbolçusu Roza Quliyeva hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
Görüşün ikinci hissəsində “İnter” klubu meydana çıxmadığına görə 0:5 hesablı texniki məğlubiyyət alıb. “İnter”in baş məşqçisi Anar Vəliyevə xəbardarlıq olunub. Bu hal yenidən baş verəcəyi təqdirdə, daha ağır sanksiya tətbiq olunacaq.
- “Qalatasaray”ın futbolçusu 10 Avropa nəhənginin hədəfində
- Aykut Kocamandan “Fənərbaxça”ya qayıtmaq üçün şərt – Oğuz Çetin getməlidir
- Ruben Amorim Bruno Fernandeşi “Milan”a gətirmək istəyir
- “Liverpul”a uduzan Xabi Alonso: “Bu, bizim üçün əhəmiyyətsiz turnirdir”
- İngiltərə Liqa Kuboku: “Çelsi” “Liverpul”la bacarmadı