[b]Matçın hakimini təhqir edən oyunçulara cəza[/b]
06.03.2018 - 13:30
[b]Matçın hakimini təhqir edən oyunçulara cəza[/b]

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az qurumun saytına istinadən xəbər verir ki, toplantıda Gənclər Liqası və futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsində baş verən neqativ hallar da müzakirə olunub.

 

Gənclər Liqasında “Neftçi” İK İB – “Səbail” matçının 80-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırılan meydan sahiblərinin futbolçusu Samir Əliyev 4 oyun cəzalanıb.

 

“Qarabağ” FK – “Qəbələ” İK matçının 90+2-ci dəqiqəsində ev sahiblərinin futbolçusu Xəqani Sadıxov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. 

 

Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsində isə “Dalğa” – “İçərişəhər” matçının 25-ci dəqiqəsində ev sahiblərinin futbolçusu Nicat Əliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

 

Bundan əlavə, “Avanqart” – LSS matçının 45-ci dəqiqəsində “Avanqart”ın futbolçusu Vahid Məmmədov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.