[b]Hakimlərin “Bakı” sevgisi – 2 günə 4 penalti![/b]
14.04.2014 - 13:54
[b]Hakimlərin “Bakı” sevgisi – 2 günə 4 penalti![/b]

Azərbaycan çempionatının XXX turunun “Bakı” – “Xəzər Lənkəran” dueli penalti yağışı ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, əsas komandaların Topaz Premyer Liqasındakı oyununda meydan sahibləri 2 qolu penaltidən vurubsa, əvəzedicilərin görüşü daha qabağa gedib.

 

Belə ki, burada 3 penalti təyin edilib. 3:1 hesabı ilə qalib gələn paytaxt təmsilçisi hər 2 qolunu 11 metrlik zərbədən vurubsa, qonaqlar 1 belə imkandan yararlanıb. Bir sözlə, iki gün davam edən “Bakı” – “Xəzər Lənkəran” duelində meydan sahibləri 4, qonaqlar 1 qolu penaltidən vurub.

 

Topaz Premyer Liqası

“Bakı” – “Xəzər Lənkəran” – 2:2

Əfran İsmayılov, 51 (p.); 63 (p.) - Junior Nildo, 2; Elias Ribeiro, 28 

 

Əvəzedicilər

“Bakı” – “Xəzər Lənkəran” – 3:1

Elşən Rzazadə, 11 (p.); Raul Yaqubzadə, 81; 85 (p.) - Kamran Abdullazadə, 66 (p.)

 

Qeyd edək ki, əsas komandaların oyununun Ramil Diniyev, əvəzedicilərin görüşünü isə etibar Həsənov idarə edib.