[b]Hegemonluğa son[/b]
07.05.2014 - 20:23
[b]Hegemonluğa son[/b]

Bakı klublarının Azərbaycan çempionatlarındakı hegemonluğu başa çatıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçilərinin 6 mövsümlük hegemonluğuna “Qarabağ” son qoyub.

Topaz Premyer Liqasının bugünkü matçlarınadək “Xəzər Lənkəran”ın 2006/07 mövsümündə qazandığı qızıl medallar əyalət klublarının son uğuru idi. “İnter”i 4:1 hesabı ilə məğlub edən və qızıl medalları təmin edən “Qarabağ” bakılıların hegemonluğuna son qoyub.

Belə ki, 2007/08 və 2009/10 mövsümlərində “İnter”, 2008/09 mövsümündə “Bakı”, 2010/11, 2011/12 və 2012/13 mövsümlərində “Neftçi” hamıdan güclü olmuşdu.

Qeyd edək ki, 6 mövsümlük çempionluq paytaxt təmsilçiləri üçün Azərbaycan rekordudur.