Bu gün futbol üzrə Azərbaycan çempionatının I divizionunun püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, AFFA-nın inzibati binasında təşkil olunan tədbirə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, jurnalistlər, eləcə də çempionatda çıxış edəcək klubların nümayəndələri qatılıb.
2015/16 mövsümündə Premyer Liqaya vəsiqə uğrunda "Bakı", "Neftçala", "Ağsu", "Qaradağ Lökbatan", "Turan Tovuz", "Şahdağ", "Bakılı", "Şəmkir", MOİK, "Mil-Muğan", "Energetik", "Göyəzən", "Zaqatala", "Şərurspor" komandaları mübarizə aparacaq.
Püşkdən sonra ilk turun cütləri müəyyənləşib. Mövsümə sentyabrın 10-11-də baş tutacaq qarşılaşmalarla start veriləcək.
I tur
10-11 sentyabr
"Şəmkir" - "Turan Tovuz"
"Ağsu" - "Zaqatala"
"Şahdağ" - MOİK
"Mil Muğan" - "Qaradağ Lökbatan"
"Bakı" - "Şərurspor"
"Energetik" - "Neftçala"
"Göyəzən" - "Bakılı"