[b]İbrahim Uzunca əsəbləşdi: Mən dəliqanlıyam![/b]
05.02.2015 - 17:08
[b]İbrahim Uzunca əsəbləşdi: Mən dəliqanlıyam![/b]

“Komandada heç bir problem yoxdu. Mən bu klubun baş məşqçisi kimi deyirəm, mövsümün əvvəlində necə hazırlıq keçirdiksə, indi də eyni ciddiliyi qoruyuruq”. Bu sözləri apasport.az saytına “Bakı”nın baş məşqçisi İbrahim Uzunca deyib.

 

Son günlər “Bakı” futbolçularının məşqlərə çıxmaqdan imtina etdiyi və rəhbərliyi “Qarabağ”la oyuna çıxmamaqla hədələdiyi xəbərləri dolaşır.

 

Baş məşqçi də bütün bunların şayiə olduğunu əsəbi şəkildə bildirib və mətbuatı günahlandırıb: “Hər bir ailənin içində sıxıntı ola bilər. Amma bu o demək deyil ki, məşqlərə, oyunlara çıxmayacağıq. Bunlar yalan söhbətlərdi. Mən dəliqanlı adamam. Səninlə kişi kimi danışıram. Gəl çayımızı iç, istədiyin yerdə oturaq, bütün suallarına da cavab verim. Hansısa bir xəbəri kimdənsə eşidib yazmırsansa, zəng vurub dəqiqləşdirirsənsə səni təbrik edirəm. Qulağın hər eşitdiyini, kiminsə dediyini yazmaq peşəkar jurnalistə yaraşmaz. Mən şəffaflığı sevən adamam. Bir şey dəqiqləşdirmək istəyən ya mənə, ya da klubun digər rəsmilərinə zəng vurar. Xahiş edirəm, nə deyirəmsə, hamısını yaz”.

 

Uzunca sonda futbolçularını tərifləməyi də unutmayıb: “Biz bu uşaqlarla 7 ildi birlikdə çalışırıq. Hamısı Azərbaycan futboluna xidmət etmək üçün əlindən gələni edir. Uşaqlar heç nəyi problemə çevirmədən bacardıqlarını meydanda göstərirlər. Onların alınlarından öpürəm. Biz gücümüzün yetdiyi yerə qədər “Bakı” klubunu ən yaxşı şəkildə təmsil edəcəyik”.

 

Ruslan SADIQOV