[b]Niasse Azərbaycana qayıtdı: Heç bir kluba azarkeşlik etmirəm[/b]
10.08.2014 - 19:03
[b]Niasse Azərbaycana qayıtdı: Heç bir kluba azarkeşlik etmirəm[/b]

“Bakıya gəlməkdə məqsədim iki sevimli komandamın oyununu izləməkdi”. Bu sözləri apasport.az saytına açıqlamasında Rusiyanın “Mordoviya” klubunun futbolçusu İbrahima Niasse deyib.

 

Vaxtilə “İnter” və “Qəbələ”də forma geyinən Niasse ötən mövsüm başa çatandan sonra Rusiya çempionatına üz tutdu.

 

Belə ki, “Qəbələ”nin baş məşqçisi postundan ayrılan Yuri Syomin Niasse ilə yanaşı, “qırmızı-qaralar”ın daha bir futbolçusu Lorenso Ebesilyonu da “Mordoviya” klubuna apardı.

 

Dünən Rusiya Premyer Liqasının II turunda Moskva MOİK-inə 0:1 hesabı ilə uduzduqları görüşdə forma geyinən Niasse əməkdaşımızla söhbətində Bakıya gəlişinin səbəbini açıqlayıb: “Hәr iki komanda mәnim üçün doğmadı. Dünәn “Mordaviya”nın heyətində oyuna çıxdım. Bu gün isə istirahət günüm idi. Ona görә dә Bakıya gəldim. Maraqlı oyun gözlәyirәm. Heç bir komandaya azarkeşlik etmirəm. Sabah geri dönәcәm”.

Niasse həmçinin qeyd edib ki, “Mordaviya”da işləri yaxşı gedir: “Bilirsiniz ki, Ebesilyo da ordadır. Onunla bir yerdә oynayırıq. Yuri Syomin bizә güvәnir vә şans verir”.