Sabah Topaz Premyer Liqasında XXVII tura start veriləcək. Apasport.az saytının məlumatına görə, yığmaların oyunları ilə əlaqədar yaranan 13 günlük fasilədən sonra komandalar III dövrənin son görüşlərinə çıxacaq.
Bu turda “Qəbələ” istirahət edəcək. “Qırmızı-qaralar”ın oynamamağından yararlanıb, 4-cü yeri ələ keçirmək iddiasında olan “Simurq”la AZAL üz-üzə gələcək. Zaqataladakı görüşdə qalib gələcək komanda Qəbələ təmsilçisini arxada qoya bilər. Bərabərliyin qeydə alınması isə komandaların dördüncü yer arzusunu gözündə qoyacaq.
Turun ilk oyun gününə eyni vaxtda başlayacaq iki qarşılaşma ilə yekun vurulacaq. Paytaxt derbisində “Neftçi” “Bakı”nı sınağa çəkəcək. “Ağ-qaralar” autsayderlə görüşdə 3-cü pillədəki mövqeyini daha da möhkəmlətmək üçün qalib gəlməyə çalışacaq. Paytaxtın eyniadlı təmsilçisi isə 15 oyunluq qələbə həsrətini qırmaq əzmindədi.
2015-ci ildə uğursuz çıxış edən digər iki komanda Lənkəranda üz-üzə gələcək. Mövsümün ikinci yarısında qələbəsi olmayan “Sumqayıt” “Xəzər Lənkəran”la qarşılaşmada 3 xal qazanmağa cəhd edəcək. Cənublular isə turnir cədvəlindəki qonşusunun ona yaxınlaşmasına əngəlləmək üçün xal qazanmalıdı.
Rəqiblərini “Neftçi” ilə eyni arenada qəbul etdiyindən oyunu bir gün sonraya təxirə salınan “Qarabağ”ın “İnter”lə qarşılaşması isə aprelin 2-də baş tutacaq. Turun ikinci günündə keçiriləcək görüşlə dövrəyə yekun vurulacaq. İlk 2 matçda qolsuz bərabərliklə ayrılan klubların duelinin nəticəsi son dövrədə intriqanın qalıb-qalmamağına da təsir edəcək.
Belə ki, “Qarabağ” qələbə qazansa, son 8 matç ərəfəsində üstünlüyünü 12 xala çatdıracaq. Bununla, ağdamlılar çempionluq yolunda böyük addım atacaqlar. Qurban Qurbanovun yetirmələri heç-heçə ilə indiki fərqi qorusa da, son dövrə ərəfəsində böyük üstünlüyə sahib olacaq. Bakılıların qələbəsi isə intriqanın az-çox qalmasına imkan verəcək. Çünki liderlə izləyicisi arasında fərq 6-ya enəcək.
XXVII tur
1 aprel
15:00. “Simurq” – AZAL
İlk 2 dövrədəki oyunlar: 2:0, 2:2
Zaqatala şəhər stadionu
17:00. “Xəzər Lənkəran” – “Sumqayıt”
İlk 2 dövrədəki oyunlar: 0:1, 2:1
“Xəzər Lənkəran” mərkəzi stadionu
17:00. “Neftçi” – “Bakı”
İlk 2 dövrədəki oyunlar: 1:0, 3:1
“Bakcell Arena”
2 aprel
18:00. “Qarabağ” – “İnter”
İlk 2 dövrədəki oyunlar: 0:0, 0:0
“Bakcell Arena”
|
N |
Klublar |
O |
Q |
H |
M |
T-F |
X |
|
1 |
Qarabağ |
23 |
16 |
4 |
3 |
39-20 |
52 |
|
2 |
İnter |
23 |
11 |
10 |
2 |
38-12 |
43 |
|
3 |
Neftçi |
23 |
11 |
6 |
6 |
27-18 |
39 |
|
4 |
Qəbələ |
24 |
9 |
7 |
8 |
30-32 |
34 |
|
5 |
Simurq |
23 |
9 |
5 |
9 |
34-26 |
32 |
|
6 |
AZAL |
23 |
8 |
7 |
8 |
27-30 |
31 |
|
7 |
Xəzər L |
23 |
6 |
5 |
12 |
27-34 |
23 |
|
8 |
Sumqayıt |
23 |
4 |
7 |
12 |
21-33 |
19 |
|
9 |
Bakı |
23 |
2 |
5 |
16 |
15-53 |
11 |