[b]Çempionlar Liqasında III təsnifat mərhələsinin bütün cütləri[/b]
21.07.2016 - 09:20
[b]Çempionlar Liqasında III təsnifat mərhələsinin bütün cütləri[/b]

Çempionlar Liqasının III təsnifat mərhələsinin bütün cütləri məlum olub. Apasport.az saytının məlumatına görə, dünən başa çatan 2-ci raundun qarşılaşmalarından sonra pley-offa vəsiqələr uğrunda mübarizə aparacaq klubların tam siyahısı dəqiqləşib.

 

Azərbaycan “Qarabağ”ının Çexiya “Viktoriya”sı ilə görüşəcəyi mərhələdə 15 cüt üz-üzə gələcək. Bunlardan 5-i Liqa, 10-u Çempionlar yolunda qarşılaşacaq.

 

Çempionlar Liqası
III təsnifat mərhələsi
Çempionlar yolu

“Rusenborq” (Norveç) -  APOEL (Kipr)

“Dinamo” (Zaqreb, Xorvatiya) - “Dinamo” (Tiflis, Gürcüstan)

“Olimpiakos” (Yunanıstan) – “Hapoel” (Beyer-Şeva, İsrail)

“Astana” (Qazaxıstan) - “Seltik” (Şotlandiya)

“Trençin” (Slovakiya) cütünün qalibi - “Legiya” (Polşa)

“Viktoriya” (Çexiya) - “Qarabağ” (Azərbaycan)

“Astra” (Rumıniya) - “Kopenhagen” (Danimarka)

BATE (Belarus) - “Dandalk” (İrlanaiya)

“Ludoqorets” (Bolqarıstan) - “Srvena Zvezda” (Serbiya)

“Partizani” (Albaniya) - “Zalsburq” (Avstriya)

 

Liqa yolu


“Ayaks” (Hollandiya) - PAOK (Yunanıstan)

“Sparta” (Çexiya) - “Styaua” (Rumıniya)

“Şaxtyor” (Ukrayna) - “Yanq Boyz” (İsveçrə)

“Rostov” (Rusiya) - “Anderlext” (Belçika)

“Fənərbaxça” (Türkiyə) -   “Monako” (Fransa)

 

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk görüşləri iyulun 26-27-də, cavab qarşılaşmaları avqustun 2-3-də baş tutacaq.

 

 

0