İspaniya La Liqasının XXIV turu çərçivəsində səfərdə “Elçe” ilə qarşılaşan “Real”ın qapıçısı İker Kasilyas üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, təcrübəli qolkiper hazırda damam edən və “Kral klubu”nun 0:1 hesabı ilə öndə olduğu oyunda yubiley matçına çıxıb.
Belə ki, start heyətdə meydana daxil olan 33 yaşlı futbolçu 500-cü matçını keçirir. Daha əvvəl bu uğura 6 oyunçu imza atıb. Rekordçu isə Andoni Subisarretadı – 622.
Qeyd edək ki, Kasilyas 499 matçda 327 qələbə qazanıb. 85 görüşdə meydanı heç-heçə ilə tək edib. 87 qarşılaşmada isə komandasının məğlubiyyətinə üzülüb. O, bu oyunlarda 510 qol buraxıb və 1671 seyv edib. İker 497 matçda meydana ilk dəqiqələrdə çıxıb. 493 dəfə isə o, sona qədər mübarizə aparıb.
Kasilyas bu vaxt ərzində 37 komandaya qarşı oynayıb. Ən çox isə “Valensiya” (28 matç) ilə görüşlərdə forma şansı əldə edib. O, ilk dəfə “Elçe” ilə matçda meydana çıxıb.