[b]İki oyunçu turu buraxacaq[/b]
07.03.2018 - 15:49
Martın 12-də futzal üzrə Yüksək Liqada XX turun oyunları keçiriləcək. Apasport.az-ın Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, iki oyunçu qarşıdakı turu buraxacaq.
“Yasamal”ın üzvü Mohsin Hayatbini sarı vərəqə limitini doldurduğuna görə, “FK.İD.Futsal”la matçı buraxacaq. Namiq Məmmədkərimov da komandasına kömək edə bilməyəcək. Təcrübəli hücumçu XVII turda aldığı qırmızı vərəqəyə görə təyin edilən 2 oyunluq cəzadan birini arxada qoyub.
“Xəmsə” ilə qarşılaşmanı buraxacaq Məmmədkərimov XXI turda meydana çıxa biləcək.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0