[b]İkinci dəfə 2 klubumuz pley-offda[/b]
08.08.2014 - 10:04
[b]İkinci dəfə 2 klubumuz pley-offda[/b]

Avrokuboklar tarixində 2-ci dəfə Azərbaycanın iki klubu qitə miqyaslı turnirlərin pley-off mərhələsində mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsində uduzan “Qarabağ”ın ardından “Neftçi” də Avropa Liqasının pley-offunda oynamaq hüququ əldə edib.

 

Bununla da 2009/10 mövsümünün rekordu təkrarlanıb. Həmin vaxt da Azərbaycanın iki təmsilçisi Avropa Liqasının sonuncu təsnifat mərhələsində oynamışdı. Onda “Bakı” Çempionlar Liqasında uduzduğu üçün bu yarışa yuvarlanmış, “Qarabağ” isə elə Avropa Liqasında bu qədər irəliləmişdi.

 

Hər dəfə iki komanda ilə təmsil olunduğumuz bu iki mövsümdən başqa, daha 3 dəfə pley-offda çıxış etmişik. 2010/11 və 2013/14 mövsümlərində elə Avropa Liqasında irəliləməklə qrupun bir addımlığınadək gedən “Qarabağ”, 2012/13 mövsümündə isə “Neftçi” pley-off həyəcanı yaşamışdı.

 

Qeyd edək ki, ümumilikdə baş tutan əvvəlki 5 pley-offda yalnız “Neftçi” qalib gəlib və qrupda vəsiqə qazanıb.