Azərbaycan millisi futzal üzrə AVRO-2018-də ilk oyununu sabah keçirəcək. Apasport.az saytının məlumatına görə, braziliyalı baş məşqçi Joze Alesionun yetirmələri Fransa ilə qarşılaşacaq.
Sloveniyanın paytaxtı Lyublyanadakı qarşılaşma rəqiblər arasında 2-ci duel olacaq. Millimiz final mərhələsinin debütantı ilə 7 il öncə qarşılaşıb.
AVRO-2012-nin seçmə oyunu Bakıda keçirilib. Paytaxtda baş tutan qarşılaşmada yığmamız 4:2 hesabı ilə qalib gəlib.
AVRO-2012-nin seçmə oyunu
VII qrup, Bakı
25 fevral 2011
AZƏRBAYCAN - FRANSA - 4:2
Biro Jade, 2; 33; Felipe, 16; Borisov, 34 - Basson, 17; Otmani, 36
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"