[b]İnyesta “Barselona”dan ayrılacağını təsdiqlədi[/b]
27.04.2018 - 16:17
“Barselona”nın yarımmüdafiəçisi Andres İnyesta mövsümün sonunda komandadan ayrılacaq. Apasport.az saytının məlumatına görə, ispan futbolçu mətbuat konfransında qərarını açıqlayıb.
“Bu, mənim “Barselona”dakı sonuncu mövsümümdü. Uzun müddət idi ki, bu barədə düşünürdüm. “Barselona” mənim üçün həmişə dünyanın ən yaxşı klubu olaraq qalacaq” – deyə, 34 yaşlı futbolçu bildirib.
İnyesta karyerasını Çinin “Çunçin Lifan” klubunda davam etdirəcək. Onunla 3 illik müqavilə imzalanacaq.
2001-ci ildən “Barselona”da çıxış edən Andres İnyesta bu müddət ərzində 31 kubok qazanmışdı.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
0
0