[b]İquain “Tottenhem”ə qarşı oynayacaqmı?[/b]
06.03.2018 - 09:30
“Yuventus”un hücumçusu Qonsalo İquainin Çempionlar Liqasının 1/8 final mərhələsinin “Tottenhem”lə cavab oyununda iştirak edib-etməyəcəyi müəyyənləşib. Apasport.az saytı “Football İtalia” nəşrinə istinadən xəbər verir ki, argentinalı forvard zədəsini sağaldıb.
Həkimlər onun İngiltərə klubu ilə görüşdə iştirak edə biləcəyini deyiblər. Baş məşqçi Massimiliano Alleqri şans verəcəyi halda, İquain “Tottenhem”lə matçda meydana çıxacaq.
Qeyd edək ki, “Tottenhem” – “Yuventus” matçı sabah keçiriləcək.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0