AVRO-2016-nın seçmə mərhələsinin daha bir pley-off oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, İrlandiya – Bosniya və Herseqovina qarşılaşmasında final mərhələsinin daha bir iştirakçısı müəyyənləşib.
İlk qarşılaşmada qollu heç-heçəyə nail olan İrlandiya millisi ev oyununda qalib gələrək, Fransaya vəsiqə qazanıb. Ada təmsilçisi hər hissədə bir qol vuran Uoltersin dublu sayəsində bunu bacarıb.
1988 və 2012-ci illərdə də qitə çempionatının final mərhələsinə yüksələn İrlandiya tarixində 3-cü dəfə bu uğura imza atıb. Qələbə qazanan İrlandiya Fransada çıxış edəcək 22-ci komanda olub. Azərbaycan klublarının heyətində çıxış edən İbrahim Şehiç (“Qarabağ”) və Ermin Zetsin (“Qəbələ”) də formasını geydiyi Bosniya və Herseqovina yığmasının tarixində ilk dəfə qitə çempionatının final mərhələsinə çıxmaq istəyi isə gerçəkləşməyib.
Qeyd edək ki, Şehiç bu oyunda ehtiyatda qalıbsa, Zets zədə səbəbindən pley-offa çağırılan yekun heyətə daxil edilməyib.
AVRO-2016-nın seçmə mərhələsi
Pley-off, cavab oyunu
16 noyabr
İrlandiya – Bosniya və Herseqovina – 2:0
Con Uolters, 24-p, 70
İlk oyun – 1:1
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI