[b]İstefası gözlənilən Ventura: İtaliya ən yaxşı nəticəsini mənimlə göstərdi[/b]
15.11.2017 - 16:56
[b]İstefası gözlənilən Ventura: İtaliya ən yaxşı nəticəsini mənimlə göstərdi[/b]

İtaliya millisinin baş məşqçisi Canpyero Ventura komandasının çıxışını dəyərləndirib. Apasport.az saytı xəbər verir ki, Skuadra Adzurra pley-off mərhələsində İsveçə məğlub olaraq (0:1, 0:0) dünya çempionatından kənarda qalmasına baxmayaraq, Ventura istefa vermək fikrində olmadığını növbəti dəfə söyləyib.

 

Mundialdan kənarda qalmalarına təəssüfləndiyini bildirən 69 yaşlı mütəxəssis öz işini yüksək qiymətləndirib: “İtaliya yığmasının olmadığı dünya çempionatı cəlbedici alınmayacaq. Lakin təəssüf ki, bu, baş verdi. Nə edə bilərəm? Nəticəyə görə, bütün italyanlardan üzr istəyirəm. Mənim rəhbərliyim altında İtaliya yığması son 40 ilin ən yaxşı nəticəsini göstərdi. Bu komanda ilə cəmi 2 məğlubiyyət aldıq”.

 

Qeyd edək ki, İtaliya yığması Canpyero Venturanın dönəmində keçirdiyi 17 matçın yalnız 3-də yenilgi üzü görüb - Fransaya 1:3, İspaniyaya 0:3, İsveçə 0:1. Ancaq Skuadra Adzurra məhz onun rəhbərliyi altında 60 ildən sonra mundialdan kənarda qalıb.