[b]İtaliya klubu cəzalandırıldı[/b]
17.02.2015 - 20:46
[b]İtaliya klubu cəzalandırıldı[/b]

İtaliya Futbol Federasiyası “Bolonya”nı cəzalandırıb. Apasport.az saytının məlumatına görə, buna klubun sabiq prezidenti Albano Quaraldinin gəlir vergisinin ödəməməsi səbəb olub.

 

Klubun aktivindən 1 xal silinib. Keçmiş komanda rəhbəri isə üç ay futboldan kənarlaşdırılıb. Hazırkı klub prezidenti Coui Saputonun rəsmən bu qərardan şikayət etmək üçün 30 gün vaxtı var.

 

Qeyd edək ki, B seriyasında mübarizə aparan “Bolonya” 24 oyundan sonra 45 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır. Onlar lider “Karpi”dən 7 xal geri qalır. 3-cü sırada isə 43 xalla “Livorno” yer alır.