“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Tottenhem” aparıcı futbolçularından biri olan Yan Vertongeni itirə bilər. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, Milan “İnter”i belçikalı oyunçunun xidmətində maraqlıdı.
Vertongeni mövsümün sonunda transfer etməyi planlaşdıran italyanlar onun oyunlarını xüsusi izləyir. Belə ki, klubun idman direktoru Piero Ausilio son vaxtlar “Tottenhem”in matçlarını tribunadan izləyir.
Avropa Liqasının qrup mərhələsinin “Anderlext”lə (2:1) son görüşünü tribunadan izləyən Ausilionun Bakıya gəlişi də istisna deyil. Belə ki, klub rəhbərliyi noyabrın 26-da “Qarabağ”la keçiriləcək qarşılaşmaya, eləcə də mövsümün sonuna qədər bir çox oyuna idman direktorunu yollamaq fikrindədi.
Maurisio Poçettinonun gəlişindən sonra “Tottenhem”in vitse-kapitanı təyin edilən Yan Vertongeni bir müddət əvvəl “Napoli” və “Barselona” da istəmişdi. Lakin 28 yaşlı futbolçu komandası ilə müqavilə müddətini 2018-ci ilə qədər uzatmışdı.
Qeyd edək ki, “Tottenhem” Belçika millisinin müdafiəçisini 2012-ci ildə 10 milyon avro müqabilində “Ayaks”dan transfer etmişdi.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI