Avroliqanın II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Koper” matçından bir gün öncə mətbuat konfransları olacaq. Apasport.az saytının məlumatına görə, iyulun 16-da “Bakcell Arena”da hər iki komandanın baş məşqçisi jurnalistlərin suallarını cavablandıracaq.
Bundan başqa, həmin gün üçün hər iki komandanın açıq məşqi nəzərdə tutulub. Mətbuat konfransları və komandaların açıq məşqlərinin başlanma saatı aşağıdakı kimidir:
18:30 “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin mətbuat konfransı
19:00 “Neftçi”nin açıq məşqi
19:30 “Koper”in baş məşqçisi Rodolfo Vanolinin mətbuat konfransı
20:00 “Koper”in açıq məşqi
Qeyd edək ki, “Koper”in baş məşqçisi Rodolfo Vanoli italiyalıdır.
[b]İtaliyalı baş məşqçi Bakıda mətbuat konfransı keçirəcək[/b]
14.07.2014 - 18:08
0
0