“Qəbələ”nin yeni baş məşqçisi olacağı gözlənilən İvaylo Petev növbəti mövsümdə Kiprin AEL klubunda qala bilər. Apasport.az AEL-in rəsmi saytına istinadən xəbər verir ki, bolqarıstanlı mütəxəssis dünən Limassol təmsilçisinin prezidenti Andreas Sofokleousla görüşüb.
Bu görüş əsasında Petevin qarşısına məqsəd kimi növbəti mövsüm komandanı Çempionlar Liqasına çıxarmaq vəzifəsi qoyulub. Həmçinin, klub rəhbərliyi ona 2016-cı ilin mayına kimi əməkdaşlıq təklif edib. AEL-in rəsmi saytı onu da yazıb ki, Petev məşqçilər korpusu ilə birgə yeni mövsümün hazırlıq planlarını müzakirə edir və bu yaxın günlərdə elan olunacaq.
Qeyd edək ki, İvaylo Petev artıq bu gün ölkəmizdə olmalı idi. Ancaq göründüyü kimi, bolqarıstanlı məşqçi 1 illik müqaviləsi olduğu Kipr klubundan ayrıla bilməyib.
İvaylo Petev: AEL, yoxsa "Qəbələ"?
11.06.2014 - 08:52
0
0