[b]İvaylo Petev AEL-ə “atıb”, Bakıya gəlir[/b]
09.06.2014 - 11:17
[b]İvaylo Petev AEL-ə “atıb”, Bakıya gəlir[/b]

“Qəbələ”nin yeni baş məşqçisi İvaylo Petev ölkəmizə gəlir. Klubun meneceri Səbuhi Səfiyarlının apasport.az saytına verdiyi məlumata görə, bolqarıstanlı çalışdırıcı sabah axşam saatlarında Bakıda olmalıdır.

 

Kiprin AEL klubu ilə müqaviləsi olduğu üçün mətbuata qəsdən “Qəbələ” ilə danışıqlar aparmadığını bildirən məşqçi artıq bu problemini yoluna qoyub. Belə ki, Petev gümüş medallar qazandırdığı Limasol təmsilçisi ilə olan bütün bağlarını qarşılıqlı razılıq əsasında pozub.

 

Qeyd edək ki, Petev gənc – 38 yaşında olmasına baxmayaraq, “Ludoqorets”i ilk ilindəcə elitaya çıxarıb və dərhal da bu komanda ilə Bolqarıstan çempionu olub. O, 2 dəfə ölkə çempionu olmaqla yanaşı, 1 dəfə də Bolqarıstan kuboku və Superkubokunu qazanıb.