[b]İvaylo Petev Plovdiv “Botev”i ilə müqavilə bağlaya bilər![/b]
04.06.2014 - 15:40
[b]İvaylo Petev Plovdiv “Botev”i ilə müqavilə bağlaya bilər![/b]

Bolqarıstanlı məşqçi İvaylo Petev bu gün rəsmən Plovdiv “Botev”i ilə müqavilə bağlaya bilər. Apasport.az saytının xəbərinə görə, bu haqda PlovdivNews.bg portalı xəbər yayıb.

 

Hətta Petevin cümə günündən etibarən komandanı ilk məşqinə çıxaracağı deyilir. Bu məsələ ilə bağlı hazırda Fransanın paytaxtı Parisdə olan “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun fikrini öyrəndik. Nəcəfov bu xəbərə belə reaksiya verdi: “Düzdür, biz İvaylo Petevlə hələ rəsmi müqavilə bağlamamışıq. Ancaq onunla hərtərəfli şəkildə anlaşmışıq. Ona görə də Petevin başqa Bolqarıstan klubu ilə müqavilə bağlayacağı xəbəri həqiqəti əks etdirmir”.