[b]Joze Mourinyo: Ona vaxt lazımdı[/b]
03.08.2017 - 09:52
[b]Joze Mourinyo: Ona vaxt lazımdı[/b]

“Matiçə vaxt lazımdı. Əsas odu ki, onun təcrübəsi və futbol intellekti var”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo deyib.

 

“The Guardian” nəşrinə danışan portuqaliyalı çalışdırıcı yeni transfer Nemanya Matiç haqda danışıb. O, “Sampdoriya” ilə yoxlama matçında debüt edən serbiyalı yarımmüdafiəçinin komandaya əlavə güc qatacağını bildirib: “Matiç futbol düşüncəsinə sahibdi. Biz ona kollektivə tez bir zamanda uyğunlaşmağa kömək etməliyik”.

 

Qeyd edək ki, Matiç “Mançester Yunayted”ə 40 milyon funt-sterlinq qarşılığında “Çelsi”dən transfer olunub.