[b]Kamran Ağayev “Karşıyaka”ya keçir[/b]
20.07.2015 - 14:33
[b]Kamran Ağayev “Karşıyaka”ya keçir[/b]

Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev Türkiyənin “Karşıyaka” klubu ilə anlaşmaq üzrədi. Apasport.az qardaş ölkənin haberler.com saytına istinadən xəbər verir ki, 29 yaşlı qolkiperin karyerasını I liqa təmsilçisində davam etdirəcəyi real görünür.

 

“Gənclərbirliyi” klubundan qapıçı Ersin Aydını transfer edən “Karşıyaka” bununla kifayətlənmək istəmir. Türkiyə təmsilçisi Kamran Ağayevi də heyətinə qataraq, qapı xəttində güclü rəqabət yaratmaq fikrindədi.

 

Kamranla ilk danışığı baş tutmayan “Karşıyaka” rəhbərliyi ikinci danışıqda millimizin üzvü ilə razılığa gələ bilib.

 

Tərəflərin yaxın günlərdə rəsmi müqavilə imza atacağı gözlənilir. Son anda problem çıxmasa, ötən mövsümün ikinci yarısını "Kayserispor"da keçirmiş Ağayev bundan sonra "Karşıyaka"nın formasını geyinəcək.  

 

Qeyd edək ki, millimizin sabiq üzvü Mahir Şükürov ötən mövsüm "Karşıyaka"nın uğurları üçün çalışırdı.