Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin yeni klubu “Kayserispor”da neçə nömrəli formanı geyinəcəyi bəlli olub. Apasport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 29 yaşlı qolkiper Türkiyə təmsilçisində 36 nömrəli formanı seçib.
Maraqlıdı ki, “Kayserispor”da 1 nömrə sahibsiz olsa da, Kamran sevimli nömrəsinə əl uzatmayıb. Digər qapıçılar Sərdar Kulbilgənin 39, Kayacan Ərdoğanın isə 27 nömrə altında çıxış etdiyi komandada Ağayev məhz 36 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Qəbələ şəhərinin maşın seriyası 36-dı.
Bu gün tibbi müayinədən keçən Ağayevin “Kayserispor”la ilkin 6 aylıq müqavilə imzalayacağı gözlənilir. Əgər yeni komandasında özünü yaxşı tərəfdən göstərə bilsə, yayda sözləşməsinin müddəti daha 1 illiyinə uzadılacaq.