Türkiyə PTT I Liqasında XX turun növbəti oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, millimizin qapıçısı Kamran Ağayevin heyətində çıxış etdiyi "Kayserispor" növbəti matçına çıxıb.
Təmsilçimizin komandası yığmamızının sabiq hücumçusu Branimir Subaşiçin şərəfini qoruduğu “Manisaspor”la qarşılaşıb.
Hesabda geri olan Kayseri klubu son dəqiqələrdə əzmkar qələbə qazanıb.
Bu görüşdə Ağayevin adı “18-liy”ə daxil edilsə də, meydana çıxma şansı əldə edə bilməyib. Kamrandan fərqli olaraq, Subaşiç son 10 dəqiqədə komandasına kömək edib.
Qeyd edək ki, bu qələbədən sonra "Kayserispor" xalını 43-ə çıxarıb və turnir cədvəlində liderliyini davam etdirir. “Manisaspor” isə 17 xalla 17-ci sırada yer alır.