[b]Kamran Ağayev yenə ehtiyatda qaldı[/b]
22.02.2015 - 00:20
[b]Kamran Ağayev yenə ehtiyatda qaldı[/b]

Türkiyə PTT I liqasında XXI turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" səfərdə "Samsunspor"la qarşılaşıb.

 

Görüşdə meydan sahibləri 2:0 hesabı ilə qələbə qazanıb.

 

Kamran komandasının məğlubiyyətini yenə ehtiyat oyunçular skamyasından izləyib.

 

Qeyd edək ki, "Kayserispor" uduzmasına baxmayaraq, 43 xalla turnir cədvəlində liderliyini qoruyub.