[b]Kamran Ağayevin debütü baş tutmadı[/b]
04.02.2015 - 18:05
[b]Kamran Ağayevin debütü baş tutmadı[/b]

Türkiyə Kubokunda ikinci qrup mərhələsinin sonuncu turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, keçirilən görüşlərdən sonra ilk 1/8 finalçıların adları bəlli olub.

 

Kamran Ağayevi heyətinə qatan “Kayserispor” qrupun son matçında “Altınordu” ilə qarşılaşıb. Gənclər millimizin üzvü Taner Təməltaşın çıxış etdiyi komandaya 3:0 hesabı ilə qalib gələn kayserilər “Fənərbağça”nı qabaqlayaraq, növbəti mərhələyə qrup birincisi kimi adlayıblar. Aktivində cəmi 4 xal olan “Altınordu” isə qrup sonuncusu olub. Təməltaş 46-cı dəqiqədə meydana daxil olduğu halda, “18-lik”də yer alan Kamran oyunu ehtiyat oyunçular skamyasından izləyib.

 

Millimizin sabiq üzvü Branimir Subaşiçin komandası “Manisaspor” isə “Keçiörəngücü”nün qonağı olub. Subaşiçin 90 dəqiqə oynadığı matç manisalıların 2:1 hesablı səfər qələbəsi ilə yekunlaşıb. Bu qalibiyyət nəticəsində Manisa təmsilçisi qrupda ikinci yeri tutaraq, adını 1/8 finala yazdırıb.

 

Növbəti mərhələdə “Manisaspor” “Tuzlaspor”la qarşılaşacaq. “Kayserispor”un rəqibi isə “Beşiktaş” və ya “Adana Dəmirspor” olacaq.