[b]Kapitan “Çelsi” ilə oyuna yetişə bilər[/b]
07.03.2018 - 18:47
[b]Kapitan “Çelsi” ilə oyuna yetişə bilər[/b]

“Barselona”nın kapitanı Andres İnyesta gözləniləndən tez sağala bilər. Apasport.az saytının “Marca”ya istinadən məlumatına görə, La Liqanın XXVII turunda “Atletiko” ilə (1:0) qarşılaşmada zədələnən ulduz futbolçunun “Çelsi” ilə Çempionlar Liqası matçına yetişməsi istisna edilmir.

 

İlkin tibbi müayinədən sonra İnyestanın 4 həftəlik sıradan çıxdığı bildirilmişdi. Lakin daha sonra zədənin o qədər də ciddi olmadığı və bərpa prosesinin 2-3 həftə çəkəcəyi açıqlanıb. 33 yaşlı yarımmüdafiəçi isə bu prosesin daha da sürətlənməsinə və 1/8 final mərhələsinin cavab qarşılaşmasına qədər hazır olmasına çalışır.

 

Qeyd edək ki, “Barselona” – “Çelsi” görüşü martın 14-də keçiriləcək. Bu komandalar arasındakı ilk qarşılaşmada heç-heçə (1:1) qeydə alınıb.