[b]Kapitandan ikiqat yubiley[/b]
12.03.2018 - 11:28
[b]Kapitandan ikiqat yubiley[/b]

“Neftçi”nin futbolçusu Ruslan Abışov yubiley qoluna imza atıb. Apasport.az saytı xəbər verir ki, müdafiəçi Premyer Liqanın XIX turunun “Keşlə” ilə görüşündə komandasına 3:2 hesablı qələbə qazandıran topun müəllifi olub.

 

Bu, Ruslanın Azərbaycan çempionatlarında 20-ci qoludu. O, özünün 226-cı matçında buna nail olub.


Abışov bu qollardan yarısını “Neftçi”nin heyətində rəqib qapısından keçirib. “Ağ-qaralar”ın kapitanı yetirməsi olduğu komandada 142-ci çempionat matçında “10”a çatıb.

Ruslan “Neftçi”nin tarixində 33-cü futbolçudu ki, Azərbaycan çempionatında 10 və daha çox qol vurub.

 

Qeyd edək ki, Ruslan cari mövsümdə 3-cü qoluna imza atıb.