[b]Kaxaber Sxadadze: Futbolçularım ötürmələrdə səhvlər edirdilər[/b]
15.02.2015 - 20:14
[b]Kaxaber Sxadadze: Futbolçularım ötürmələrdə səhvlər edirdilər[/b]

“Hər birimiz bilirik ki, “Bakı”nın problemləri var”. Apasport.az saytının məlumatına görə, bu sözlər “İnter”in baş məşqçisi Kaxaber Sxadadzeyə məxsusdu.

 

O, Topaz Premyer Liqasında XXII turu çərçivəsində doğma zarkeşləri önündə “Bakı”nı 4:0 hesabı ilə məğlub etmələrinə şərh verib: “Biz sərbəst şəkildə oyuna çıxmalı idik. Oyunun əvvəlində qol vura bildik. Futbolçularımın 4 qol vurması məni sevindirir. Amma bir məsələ də var ki, 2 qol vurduqdan sonra oyunçularım ötürmələrdə səhvlər edirdilər. Qarşıda bizim çox çətin oyunlarımız var, qrafik sıxdı”. (pfl)