[b]Klublar I diviziondan 3 komandanın elitaya birbaşa vəsiqə qazanmasını istəmir[/b]
06.10.2016 - 13:53
[b]Klublar I diviziondan 3 komandanın elitaya birbaşa vəsiqə qazanmasını istəmir[/b]

AFFA Klublar Komitəsinin (KK) bu gün keçirilən iclasında müzakirəyə çıxarılan məsələlərdən biri də Topaz Premyer Liqasındakı komandaların sayı olub. Apasport.az saytının məlumatına görə, bunu komitə sədri Fikrət Hüseynov jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, klublar I diviziondan birbaşa 3 komandanın elitaya vəsiqə qazanmasının əleyhinədi: “Hazırkı Əsasnaməyə görə, Topaz Premyer Liqasını 1 klub tərk etməli, I diviziondan isə 3 komanda elitaya gəlməlidi. Etiraf edək ki, bu gün infrastrukturu olan 8 klub Premyer Liqada toplaşıb. Bununla bağlı müzakirə aparıb yekdil bir qərar qəbul etdik. Həmin qərarı da yazılı şəkildi təklif kimi AFFA İcraiyyə Komitəsinə təqdim edəcəyik. Təklifimiz budu ki, I divizionda ilk iki yeri tutan komandalar elitaya birbaşa vəsiqə qazansınlar, 3-cü yerlə Premyer Liqanın sonuncusu arasında isə pley-off oyunları keçirilsin”.

 

Qeyd edək ki, Topaz Premyer Liqasında geridə qalan 8 turdan sonra AZAL turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

0