[b]Klublarımız üçün Avropa Liqasında 94 potensial rəqib[/b]
01.06.2015 - 11:03
[b]Klublarımız üçün Avropa Liqasında 94 potensial rəqib[/b]

Avropa Liqasının I təsnifat mərhələsində çıxış edəcək 102 komandadan 100-nün adı bəllidi. Apasport.az saytının məlumatına görə, Azərbaycan klublarının da mübarizəyə qatılacağı yarışda yalnız Polşa təmsilçilərinin adlarına hələ aydınlıq gəlməyib.

 

Bu 100 komandadan 49-u səpələnmişlər arasında yer alıb. İki təmsilçimiz “Neftçi” və “İnter”in də yer aldığı bu səbətə Polşa klubları da qoşulacaq.

 

Bu siyahıya yeni daxil olan 7 komanda - “Liteks”, “Beroe”, “Zrinski” “Jelezniçar”, “Randers”, “Sent-Conston”, “Lokomotiv” də digər Azərbaycan təmsilçisi “Qəbələ”nin potensial rəqiblərindən olub. Bu səbətdəki – “İnter”lə “Neftçi”dən başqa bütün klublar “qırmızı-qaralar” üçün mümkün rəqiblərdəndi.

 

Səpələnməmişlər sırasına isə 5 klub əlavə olunub. Bunlar “Kalyu”, “Kollec”, “Sutyeska”, “Alaskert”, “Laçi”di. Tam tərkibi müəyyənləşən bu səbətdəki klublar “İnter”lə “Neftçi” üçün potensial rəqiblərdi. Lakin paytaxt təmsilçiləri digər klubumuz və Ermənistan komandaları ilə görüşə bilməz. Bu isə o deməkdi ki, bakılıların 47 mümkün rəqibi var.

 

Avropa Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər

“Vest Hem” (İngiltərə), “Brondbü”, “Randers” (hər ikisi Danimarka), “Debretsen” (Macarıstan), “Beytar” (İsrail),  “Vaduts” (Lixtenşteyn), “Domjale” (Sloveniya), “Buduçnost” (Monteneqro), “Koper” (Sloveniya), “Slovan”, “Jilina”, “Spartak” (hamısı Slovakiya), “Şerif”, “Daçiya” (hər ikisi Moldova), “Rusenborq”, “Stromsqodset” (hər ikisi Norveç), “Elfsborq”, AİK (ər ikisi İsveç), “NEFTÇİ”, “İNTER” (hər ikisi AZƏRBAYCAN), “Aktobe” (Qazaxıstan), “Qo Ehed İqls” (Hollandiya), “Srvena Zvezda”, “Voyvodina” (hər ikisi Serbiya), “Reykyavik”, “Hafnarfyordur” (hər ikisi İslandiya), “Şemrok Rovers”, “Sent-Patriks” (hər ikisi İrlandiya), “Düdelanj”, “Diffeerdanj” (hər ikisi Lüksemburq), “Linfild” (Şimali İrlandiya), “Valletta”, “Birkirkara” (hər ikisi Malta), “Rabotniçki” (Makedoniya), “Torpedo”, “Şaxtyor” (hər ikisi Belarus), “Aberdin”, “Sent-Conston” (hər ikisi Şotlandiya), “HB Torshavn” (Farer adaları), “Hayduk”, “Lokomotiv” (hər ikisi Xorvatiya), “Apollon”, “Omoniya” (hər ikisi Kipr), “Dinamo” (Tiflis, Gürcüstan), “Botosani” (Rumıniya), “Liteks”, “Beroe” (hər ikisi Bolqarıstan), “Jelezniçar”, “Zrinski” (hər ikisi Bosniya və Herseqovina), Polşanın 2 klubu

 

Səpələnməmişlər

“Renova”, “Şkendiya” (hər ikisi Makedoniya), “Selye” (Sloveniya), “Mladost”, “Sutyeska” (hər ikisi Monteneqro), Ferensvaroş”, MTK (hər ikisi Macarıstan), “Skonto”, “Yelqava”, “Spartak” (hamısı Latviya), “Vikinqur” (İslandiya), “Odd Qrenland” (Norveç), “Kukesi”, “Laçi”, “Partizani” (hamısı Albaniya), “QƏBƏLƏ” (AZƏRBAYCAN), “Ordabası”, “Kayrat” (hər ikisi Qazaxıstan), “Saxan Qaqauz Yeri” (Moldova), “Şirak”, “Uliss”, “Alaskert” (hamısı Ermənistan), “Qlentoran”, “Qlenavon” (hər ikisi Şimali İrlandiya), “Vaasa” , SJK, “Lahti” (hamısı Finlandiya), “Kalev”, “Kalyu”, “Flora” (hamısı Estoniya), “Sent Culiya”, “Lusitanos” (hər ikisi Andorra), “Vikinqur”, “Runavik” (hər ikisi Farer adaları), “Trakai”, “Kruoja”, “Atlantas (hamısı Litva), “Kork Siti”, UCD (hər ikisi İrlandiya), “Airbus”, “Nyutaun”, “Bala Taun” (hamısı Uels), “Baltsan” (Malta), “Çukariçki” (Serbiya), “Dinamo” Batumi, “Spartak” Sxinvali (hər ikisi Gürcüstan), “Yuvenes”, “La Fiorita” (hər ikisi San-Marino), “Proqres” (Lüksemburq), “Olimpik” (Bosniya və Herseqovina), “Kollec” (Cəbəllütariq)

 

Qeyd edək ki, ilk iki təsnifat mərhələsinin püşkü iyunun 22-də atılacaq