[b]Klublarımızın diqqətinə: Bu ulduz futbolçular boşdu[/b]
06.02.2015 - 15:47
[b]Klublarımızın diqqətinə: Bu ulduz futbolçular boşdu[/b]

Avropada “transfer pəncərəsi” bağlansa da, klublar hələ də azad agent statusu daşıyan futbolçularla heyətlərini gücləndirə bilərlər. Apasport.az saytının məlumatına görə, hazırda klubsuz olan bir çox tanınmış oyunçu var.

 

Onların arasında elələri var ki, həmin futbolçular məşhur simalardı və kifayət qədər zəngin karyeraya malikdilər. Məsələn, Lassana Diarra “Çelsi”, “Arsenal”, “Real”, Alu Diarra “Bavariya”, “Liverpul”, Simao Sabroza “Barselona”, “Atletiko”, Mahamadu Diarra “Real”, “Lion”, Fabio Roşembak “Barselona”, Neri Kastilyo isə “Mançester Siti” kimi nəhəng klubun formasını geyinib. Əfsanəvi Nikolya Anelkanı isə bütün dünya tanıyır.

 

Aşağıda adları olan futbolçular mövsümün gedişində istənilən kluba keçməkdə sərbəstdilər.

 

Benio Assu-Ekotto (35 yaş)

Son klubu: “Tottenhem”

Avstraliya millisinin üzvü

 

Dmitri Çiqrinski (29 yaş)

Son klubu: “Şaxtyor” (Donetsk)

Ukrayna millisinin sabiq üzvü

 

Lassana Diarra (30 yaş)

Son klubu: “Lokomotiv” (Moskva)

Fransa millisinin sabiq üzvü

 

Nikolya Anelka (36 yaş)

Son klubu: “Mumbay Siti”

Fransa millisinin sabiq üzvü

 

Alu Diarra (34 yaş)

Son klubu: “Vest Hem”

Fransa millisinin üzvü

 

Tette Banqura (26 yaş)

Son klubu: “Bursaspor”

Syerra Leone millisinin üzvü

 

Demi de Zeuv (32 yaş)

Son klubu: “Spartak” (Moskva)

Hollandiya millisinin sabiq üzvü

 

Simao Sabroza (36 yaş)

Son klubu: “Espanyol”

Portuqaliya millisinin sabiq üzvü

 

Mahamadu Diarra (34 yaş)

Son klubu: “Fulhem”

Mali millisinin üzvü

 

Milan Stepanov (32 yaş)

Son klubu: “Omoniya”

Serbiya millisinin sabiq üzvü

 

Cermeyn Cons (32 yaş)

Son klubu: “Kuinz Park Reyncers”

İngiltərə millisinin sabiq üzvü

 

Jozef Yobo (35 yaş)

Son klubu: “Fənərbaxça”

Nigeriya millisinin sabiq üzvü

 

Fabio Roşembak (33 yaş)

Son klubu: “Dalian Aerbin”

Braziliya millisinin sabiq üzvü

 

Neri Kastilyo (31 yaş)

Son klubu: “Rayo Valyekano”

Meksika millisinin sabiq üzvü

 

Titus Brambl (34 yaş)

Son klubu: “Sanderlend”

 

Conatan Reis (26 yaş)

Son klubu: “Vitess”