21 yaşadək futbolçulardan ibarət Kosovo millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, AVRO-2019-un seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq kosovoluların heyətinə 23 futbolçu cəlb olunub.
Baş məşqçi Rafet Prekazi qarşıdakı görüşlərdə Visar Bekay (“Priştina”), Dren Hoday, Drilon Teyeçi (hər ikisi KEK), Betim Halimi (“Drita”), Kamer Krasniqi (“Osnabryuk”, Almaniya), Ardian İsmayli (“Hayduk”, Xorvatiya), Lirim Mema, Besfort Kolqeçi (hər ikisi “Ayntraxt”, Braunşveyq, Almaniya), İdriz Voka, Dren Feka (hər ikisi “Lütsern”, İsveçrə), Arian Kabaşi (“Syon”), Florian Loşay (“Maastrixt”, Hollandiya), Kuştrim Şabani, Mirlind Daku (hər ikisi “Lapi”), İber Maloku, Florent Hasani, Muharrem Yaşari, Ron Broya (hamısı “Trepça”), Enis Bitiqi (“Vuzburger”, Avstriya), Bersant Çelina (“İpsviç”, İngiltərə), Ardit Qaşi (“Bassano Virtus”, İtaliya), Arber Hoxa (“Besa”, Albaniya), Lirim Kastrati (“Lokomotiv”, Xorvatiya) və Meriton Korenitsaya (“Liria”) güvənəcək.
Kosovo millisi noyabrın 9-da öz meydanında İsraili qəbul edib, 5 gün sonra Bakıda Azərbaycanın qonağı olacaq. Yığmamızla ayın 14-də keçiriləcək görüş “Dalğa Arena”da baş tutacaq.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”