[b]Kosovo millisi Bakıya itki ilə gəlir[/b]
10.11.2017 - 12:22
[b]Kosovo millisi Bakıya itki ilə gəlir[/b]

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilə görüşəcək Kosovo millisi Bakıdakı görüşə itki ilə çıxacaq. Apasport.az saytının məlumatına görə, balkanlılar Arian Kabaşinin xidmətindən məhrum olub.

 

Buna səbəb müdafiəçinin cəzalı duruma düşməsidi. Seçmə mərhələdə 3-cü sarı vərəqəsini alan Kabaşi növbəti oyunu buraxmaq məcburiyyətində qalıb.

 

İsraillə ev oyununda (0:4) xəbərdarlıq sayını 3-ə çatdıran Arian noyabrın 14-dəki görüşdə forma geyinə bilməyəcək.

 

Qeyd edək ki, Azərbaycan – Kosovo görüşü “Dalğa Arena”da keçiriləcək.