[b]Kosta zədələndi[/b]
13.04.2014 - 23:25
[b]Kosta zədələndi[/b]

İspaniya çempionatının lideri “Atletiko Madrid”in səfərdə “Hetafe” üzərində qələbəsi komandaya baha başa gəlib. Apasport.az saytının məlumatına görə, madridlilərin hücumçusu Dieqo Kosta ağır zədələnib.

 

Olay oyunun 84-cü dəqiqəsində baş verib. Qapı xəttinə ötürülən topu qola çevirən Dieqo Kosta dirəyə dəyib. Ağır zədələnən hücumçunu meydandan xərəkdə çıxarıblar. Onun zədəsinin ciddiliyi və nə zaman bərpa olunacağı ilə bağlı məlumat yoxdur.