“Beşiktaş”ın yarımmüdafiəçisi Rikardo Kuarejma ağır cəzaya məruz qalıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb onun ölkə kubokunun yarımfinal mərhələsində “Fənərbaxça” ilə qarşılaşmadakı hərəkəti olub.
Belə ki, 2:2 hesabı ilə başa çatan görüşdə portuqaliyalı futbolçu rəqibin üzvü Jozef de Souzanı yumruqla vurduğu üçün Nizam-İntizam Komitəsi tərəfindən 5 oyunluq diskvalifikasiya edilib. Bu isə o deməkdi ki, ulduz futbolçu cavab qarşılaşmasını, eyni zamanda Superliqada “Gənclərbirliyi”, “Başakşəhər”, “Alanyaspor” və “Göztəpə” ilə görüşləri buraxacaq.
Qeyd edək ki, “Fənərbaxça” ilə “Beşiktaş” arasında “Şükrü Saraçoğlu”dakı oyun aprelin 17 və ya 18-də keçiriləcək.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq