Fuzal üzrə ölkə kubokunda yarımfinal mərhələsinin oyunları keçiriləcək. Apasport.az-ın saytı Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, qarşılaşmaların hakimləri müəyyənləşib.
Sabah Bakı İdman Sarayında baş tutacaq görüşlərdə Elçin Məmmədov və Yusif Nurullayev ədalət təmsilçisi olacaqlar.
Azərbaycan kuboku
Yarımfinal
17 may
18:00. “Hell Energy” – “Marafon Futsal”
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Azad Hüseynov
Hakim-inspektor: Aydın Gözəlov
19:30. “Uğur” – “Yasamal-2”
Hakimlər: Yusif Nurullayev, Ramil Namazov, Anar Fərəcov
Hakim-inspektor: Tofiq Şükürov