AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində iyunun 12-də Norveçlə qarşılaşacaq milli komandamız bu gün bir araya gələcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına məlumata görə, yığmamız vaxt itirməyib, elə bu gün təlim-məşq toplanışının keçiriləcəyi Avstriyaya yola düşəcək.
Ölkə Kubokunun finalı ilə əlaqədar, “Qarabağ” və “Neftçi”nin futbolçuları millinin düşərgəsinə iyunun 4-də qoşulacaqlar.
Legioner həyatı yaşayan Kamran Ağayev, Emil Balayev, Pavel Paşayev, Dmitri Nazarov, Tuğrul Erat və Ruslan Qurbanov isə toplanışın ilk günündən məşqlərdə iştirak edəcəklər. Ancaq adıçəkilən futbolçular Bakıya gəlməyərək, birbaşa Avstriyaya yollanacaqlar.
Qeyd edək ki, millimiz Norveçlə rəsmi oyundan öncə, iyunun 7-də Serbiya ilə yoxlama görüşü keçirəcək.