[b]Liderlərin oyununda qollu bərabərlik[/b]
28.02.2018 - 22:45
[b]Liderlərin oyununda qollu bərabərlik[/b]

AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar keçirilib. Apasport.az saytı xəbər verir ki, gənclər Liqasında II dövrəyə yekun vurulub.

 

Bu gün baş tutan son tur çempionatın liderləri “Qəbələ” və “Qarabağ” arasında mərkəzi qarşılaşma ilə əlamətdar olub. Ağdam təmsilçisinin ev oyununda qalib müəyyənləşməyib – 2:2. 16 matçda 42 xal toplayan “Qəbələ” turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

 

Səfərdə “Mil-Muğan”la qarşılaşan "qırmızı-qaralar"ın U-17 komandası böyükhesablı qələbə qazanıb – 7:1. 22 görüşdə 57 xal yığan komanda yarışın lideridi. U-16 evdə “Keşlə”ni 3:1 hesabı ilə məğlub edib. “Qəbələ” 18 matçdan sonra 46 xalla çempionatın turnir cədvəlinə başçılıq edir. “Zaqatala”nı qəbul edən U-15 böyükhesablı qələbə əldə edib – 7:0. 18 görüşdə 49 xal toplayan bölgə təmsilçisi çempionatın vahid lideridi. Paytaxt regionunda çıxış edən U-13 “Əlincə”yə qalib gəlib – 4:1. 14 matçda 37 xal toplayan “Qəbələ” 1-ci pillədə qərarlaşıb.

 

U-12 Liqasının Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında IV dövrəyə start verilib. “Qəbələ” Yevlax UGİM-ini 14:1, Qəbələ UGİM-i Yevlaxın “UGİM-Rabitəçi”sini 2:1 hesabı ilə məğlub edib. 13 oyundan sonra hərəyə 34 xal toplayan komandalar ilk iki pillədə qərarlaşıblar.

 

U-11 Liqasının Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında “Qəbələ” Yevlax “UGİM-Rabitəçi”sini 22:0, Qəbələ UGİM-i isə İsmayıllı UGİM-ini 10:3 hesabı ilə üstələyib. 13 turdan sonra “Qəbələ” 39 xalla 1-ci, UGİM 27 xalla 2-cidi.

 

U-10 Liqasının Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında “Qəbələ” və UGİM-in oyununda birincilər qələbə qazanıb – 6:1. Gİİ isə Yevlaxın “UGİM-Rabitəçi”sini məğlub edib – 3:0. 12 turdan sonra “Qəbələ” 36 xalla 1-ci, Gİİ 24 xalla 3-cü, UGİM 21 xalla 4-cüdü.

 

Qızların Yüksək Liqa yarışlarında “Qəbələ” “Veqa”nı 2:1, Şəkinin “Gənclik” komandasını 10:0 hesabı ilə yenib. 11 matçda 28 xal toplayan “qırmızı-qaralar” yarışın lideridi.