İspaniya La Liqasının XXVI turunda “Barselona” səfərdə “Las Palmas”la qarşılaşıb. Apasport.az saytının məlumatına görə, 1:1 hesablı bərabərliklə başa çatan oyun Lionel Messi üçün əlamətdar olub.
Matçın ilk hissəsində cərimə zərbəsindən qol vuran “Barselona”nın argentinalı hücumçusu “Estadio de Qran Kanarya”da ilk dəfə fərqlənib. Bununla da o, qol sevinci yaşadığı arenaların sayını 36-a çatdırıb. Messi öz rekordunu təkrarlayıb. İkinci yerdə 33 stadionda qol vurmuş Madrid “Real”ının əfsanəvi hücumçusu Raul Qonzales qərarlaşıb.
Bu mövsüm 4-cü dəfə standart vəziyyətdən rəqib qapıçını məyus edən Leo bununla da Top-5 liqalarda ən çox cərimə zərbəsindən qol vuran oyunçu olub. O, Nabil Fekir (“Lion”) və Neymarı (PSJ) geridə qoyub.
Qeyd edək ki, Messi La Liqada oynadığı müddətdə cərimə zərbəsində 22 qola imza atıb.