Avropa çempionatının pley-off mərhələsinin qalibi müəyyənləşən ilk iki oyunu Qabor Kiray və Şey Given kimi “qoca”lar üçün Fransa perspektivi yaradıb. Apasport.az saytının məlumatına görə, onların final mərhələsində iştirakı ilə Almaniya futbolunun əfsanələrindən olan Lotar Matteusun Avropa çempionatları rekordu qırıla bilər.
Yarışın tarixinə final mərhələsinin ən yaşlı iştirakçısı kimi düşən almanın bu göstəricisinə hər iki oyunçu “əlcək atıb”. Öz yığmaları ilə final mərhələsinə vəsiqə qazanan qapıçılar - macarıstanlı Kiray və irlandiyalı Given Matteusu arxada qoymağa namizəddi. Bunun üçün onlara final mərhələsində heç olmasa 1 dəqiqəlik meydana çıxmaq kifayətdi.
Hazırda Avropa çempionatlarının final mərhələsinin rekordu 39 yaş 91 günə bərabərdi. Matteus 2000-ci il iyunun 20-də Portuqaliya ilə qarşılaşmaya çıxanda 40-cı ad gününə doğru 91 gün addımlamışdı.
Givenlə Kiray isə 40 yaşını final mərhələsindən xeyli əvvəl qeyd edəcək. Apreldə ad günü olacaq cütlük Matteusun rekordunu təxminən 1 il üstələyəcək.
Lakin yeni rekordun onlardan hansının olacağını final mərhələsi göstərəcək. Yubileyini aprelin 1-də qeyd edəcək Kiray millinin əsas qapıçısı olduğundan onun rekordu yeniləməsi daha inandırıcı görünür. 19 gün kiçik olan Qiven isə meydana çıxsa, rekordçu olmaq üçün Kirayın oynamamasına ümid etməlidi.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI